
Avstraliyanın parlamentində 28 May – Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbul təşkil olunub.
Bu barədə Azərbaycanın İttifaqdakı səfirliyi məlumat yayıb.
“Avstraliya İttifaqının Federal Parlamentində Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu və Səfirliyin birgə təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikasının Müstəqillik Günü ilə bağlı rəsmi qəbul təşkil olunmuşdur”, – diplomatik missiyanın mətbuat xidməti nəql edib.