Avstraliya hökuməti Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli İranın fiziki şəxslərinə və qurumlarına qarşı yeni sanksiyalar tətəbiq edib.

Bu barədə Avstraliya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, “qara siyahı”ya 13 vətəndaş və Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli bir təşkilat daxil edilib.

Söhbət Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə olunan pilotsuz uçuş aparatlarının istehsalı və Rusiyaya tədarükündə iştirak edən təşkilatdan gedir.

Vurğulanıb ki, “Paravar Pars” və “Qods Aviation Industries”, eləcə də İran PUA-larını Rusiya Federasiyasına göndərən “Safiran Airport Services” şirkətlərinin rəhbərləri məhdudlaşdırıcı tədbirlərə məruz qalıblar.

İstinadlar Report