Avropa Parlamenti (AP) səs çoxluğu ilə dezinformasiya və Ukraynada hərbi əməliyyatlara dəstəyə görə Rusiya KİV-lərinə qarşı sanksiyaların genişləndirilməsi üçün Avropa İttifaqı üzv dövlətlərinə çağırış edən qətnamə qəbul edib.

Bu, Strasburqda AP-nin plenar sessiyasında keçirilən səsvermənin nəticələrindən məlum olub.

Sənədi 480 deputat dəstəkləyib, 58 nəfər əleyhinə səs verib, 48 nəfər bitərəf qalıb.

Avroparlament, həmçinin Meta şirkətinin qurucusu Mark Zukerberqin sosial şəbəkələrdə faktların yoxlanılması və moderasiya qaydalarının yumşaldılması barədə bəyanatından və bunun “Rusiyanın bütün dünyada dezinformasiya kampaniyasını daha da asanlaşdıracağından” narahatlığını ifadə edib.

İstinadlar Report