
Yeni seçilən Avropa Parlamenti Ukraynaya dəstəyini təsdiqləyib.
Avroparlamentin Rusiya-Ukrayna müharibəsi ilə bağlı ilk rəsmi mövqeyini ifadə edən qətnamədə Avropa İttifaqının Kiyevi qələbəyə qədər dəstəkləməyə davam etməli olduğu fikri müdafiə edilib.
Sənəddə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyi təkrarlanıb.
Parlament Aİ-ni Rusiya və Belarusa qarşı sanksiya siyasətini davam etdirməyə və genişləndirməyə, onun effektivliyini və təsirini izləməyə və nəzərdən keçirməyə, həmçinin Aİ-də yerləşən şirkətlər, üçüncü tərəflər və üçüncü ölkələrin sanksiyalardan yayınma məsələsini sistemli şəkildə həll etməyə çağırıb.