Niderland Almaniya və Danimarka ilə əməkdaşlıq çərçivəsində 100-ə yaxın “Leopard 1” tankı alaraq Ukraynaya tədarük etmək niyyətindədir.

Bunu Niderlandın müdafiə naziri Kaysu Ollonqren bəyan edib.

Söhbət Almaniyanın müdafiə sənayesinin ehtiyatlarında olan tanklardan gedir. Qeyd olunub ki, ölkələr həmçinin tanklar üçün ehtiyat hissələri və döyüş sursatları tədarük etmək niyyətindədirlər.

Almaniyanın müdafiə naziri Boris Pistorius da bir sıra Avropa ölkələrindən Ukraynaya “Leopard 1A5” tanklarının göndəriləcəyini təsdiqləyib.

İstinadlar Report