Azərbaycan ardıcıl olaraq beynəlxalq hüquq normalarına əməl edir.

Bunu “Report”a açıqlamasında serbiyalı politoloq Stefan Antiç Azərbaycan-Serbiya münasibətlərini şərh edərkən deyib.

Ekspert xatırladıb ki, Belqrad və Bakı dost, etibarlı tərəfdaş olmaqla Qərbin siyasi təzyiqlərinə baxmayaraq, həmişə bir-birinin ərazi bütövlüyünü dəstəkləyib: “Bu qarşılıqlı dəstək etimadın möhkəmləndirilməsi və dostluq münasibətlərimizin qorunub saxlanması üçün əsas olub”.

Antiçin sözlərinə görə, Azərbaycan bütün kiçik dövlətlərin, o cümlədən Serbiyanın nüfuzunun artırılmasında həlledici rol oynayıb: “Birincisi, Azərbaycan regional təhlükəsizliyə məsuliyyətli yanaşmaqla öz ərazi bütövlüyünün qorunmasında layiqli nümunə göstərib. İkincisi, o, həm Türkiyə, həm də Rusiya ilə əməkdaşlıq edərək Cənubi Qafqazda təhlükəsizlik balansını uğurla qoruyub”.

Ekspertin fikrincə, bu, ərazi bütövlüyü problemi ilə üzləşən kiçik dövlətlər üçün nümunədir.

İstinadlar Report