
Bu gün Aralıq dənizində Siciliya adasının sahillərində NATO-nun “Dynamic Manta” adlı dəniz təlimləri başlayacaq.
NATO-nun illik dəniz təliminə Türkiyə, Kanada, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İspaniya, İngiltərə və ABŞ-dan qoşun və gəmilər cəlb olunacaq. Təlimdə yeddi sualtı qayıq, bir neçə gəmi, həmçinin NATO üzvü olan ölkələrin təyyarələri iştirak edir.
“Sualtı qayıqlara qarşı döyüş imkanlarının təkmilləşdirilməsinə və dəniz missiyalarının effektivliyinin artırılmasına yönəlmiş iki həftəlik təlim NATO-nun strateji əhəmiyyət kəsb edən regionda kollektiv müdafiə və böhrana cavab imkanlarının gücləndirilməsinə sadiqliyini vurğulayır”, – NATO Dəniz Komandanlığının bəyanatında deyilir.
Qeyd olunur ki, Aralıq dənizi mürəkkəb sualtı topoqrafiyası ilə təlimlər üçün ideal fon yaradır.