
Avropa İttifaqının (Aİ) 27 ölkəsinin liderləri Avropa Komissiyasına yaxın aylarda qitənin müdafiəsinin gücləndirilməsi və bu sahədə xərclərin artırılması strategiyasını hazırlamağı tapşırıblar.
Bunu Aİ Şurasının Prezidenti Antonio Kosta Brüsseldə qurumun qeyri-rəsmi sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, sənəd yaxın aylarda təqdim olunacaq və iyun ayında keçiriləcək sammitdə Aİ liderlərinin müzakirəsinə veriləcək.