Avropa İttifaqı (Aİ) kibertəhlükəsizlik təlimlərinə başlayıb.
Bu barədə Bloomberg məlumat yayıb.
Təlim Ukraynanın 70-ə yaxın hökumət saytını ələ keçirən kiberhücumun baş verdiyi gün başlayıb.
Altı həftə davam edəcək təlimlər fevralın sonunda Aİ xarici işlər nazirlərinin görüşü zamanı yekunlaşacaq.