Avrozonada inflyasiya 2021-ci ilin iyul ayından bəri ilk dəfə olaraq yavaşlayıb, lakin hələ də Avropa Mərkəzi Bankının 2%-lik hədəfindən beş dəfə çoxdur.

Qeyd olunub ki, bu, avropalı istehlakçıları alıcılıq qabiliyyətindən məhrum edib və iqtisadçıları tənəzzülü proqnozlaşdırmağa məcbur edib. Belə ki, 19 ölkədə istehlak qiymətləri indeksi noyabrda bir il əvvəllə müqayisədə 10%-ə çatıb.

“Rusiya müharibə səbəbindən Ukraynaya təbii qaz tədarükünü böyük ölçüdə azaltdığı üçün inflyasiya yüksək enerji qiymətlərindən, həmçinin xammal və ehtiyat hissələrin tədarükündə yaranan problemlər və COVID-19 pandemiya məhdudiyyətləri başa çatdıqdan sonra tələbatın bərpasından qaynaqlanır” – deyə, məlumatda vurğulanıb.

İstinadlar Report