
Belçika, Almaniya və Niderlandın hüquq-mühafizə orqanları bankomatları partlatmaqla məşğul olan cinayətkar qruplaşmanın üzvlərini həbs edib. Qruplaşmanın fəaliyyətindən dəyən ümumi zərər 4 milyon avronu keçir.
Bu barədə əməliyyata dəstək verən Avropa Ədliyyə Orqanları Əməkdaşlığı Agentliyi (Eurojust) məlumat yayıb.
“Ümumilikdə 9 nəfər saxlanılıb. 16 obyektdə axtarış aparılıb. Keçirilən reydlər zamanı 4 kq partlayıcı maddə, cinayət törədilməsində istifadə olunmuş bir avtomobil, bir neçə telefon, nağd pul, elektroşoker, əlcəklər, lomlar, çəkiclər, naviqasiya avadanlığı, radiotezlik skaneri və müxtəlif qiymətli əşyalar aşkar olunaraq müsadirə edilib”, – təşkilatdan bildirilib.