Avropanın bir sıra ölkələrinin xarici işlər nazirləri sabah Berlində keçiriləcək görüşdə Suriyadakı vəziyyəti və Ukraynada baş verən hadisələri müzakirə edəcəklər.
Bunu Berlində keçirilən brifinqdə Almaniya XİN-in nümayəndəsi bildirib.
“Son bir neçə gün ərzində Suriyada baş verən dramatik hadisələri nəzərə alaraq, ikinci vacib mövzunun olması, yəni Suriyada cari hadisələr və onların regiona və Avropaya təsiri sizi təəccübləndirməyəcək”, – Almaniya XİN nümayəndəsi bildirib.
Onun sözlərinə görə, görüşdə daha bir mövzunun Ukraynadakı vəziyyətlə bağlı olacağı gözlənilir.