Avropa Şurasının prezidenti Donald Tusk və Avropa Parlamentinin sədri David Sassoli Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxması ilə bağlı iki tərəf arasındakı razılaşmanı dəstəkləyib.

Böyük Britaniyanın baş naziri Boris Consonla görüşə gələrkən “Razılaşmanın olması hər halda olmamasından yaxşıdır”, – deyən D.Tusk imzalanan sənədin həm Aİ-nin, həm də “Brexit”in fəsadları baxımdan ən risqli ölkə olan İrlandiya Respublikasının mənafeyinə uyğun gəldiyinə əmin olduğunu bildirib.

“Biz çox şadıq. Böyük Britaniyanın Aİ-dən nizamlı şəkildə çıxması üçün hamımız çalışmışıq. İndi də sənədin mətni barədə Avropa Şurası, Böyük Britaniya parlamenti rəy bildirməlidirlər. Avropa Parlamenti də sənədin təsdiqlənməsində üzərinə düşənləri, əlbəttə ki, yerinə yetirməyə hazırdır”, – D.Tusk deyib.

Avropa İttifaqının “Brexit”lə bağlı baş müzakirəçisi Mişel Barnye də Brüsseldəki mətbuat konfransında həmin saziş sayəsində Böyük Britaniyanın əvvəl nəzərdə tutulduğu 31 oktyabr tarixində Aİ üzvlüyündən çıxa biləcəyinə ümidvar olduğunu bildirib.

Oxumağa dəyər:   KİV: Ermənistan baş nazirinin reytinqi düşüb

Bundan əvvəl Avropa Komissiyasının səlahiyyəti başa çatan prezidenti Jan Klod Yunker də razılaşmaya tam dəstək verdiklərini açıqlamışdı.

İstinadlar Report