İyunun 1-2-də Moldovanın paytaxtı Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinin iştirakçıları enerji sektorunda təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Bu barədə Moldova Prezidenti Maya Sandu “TVR Moldova”nın efirində bildirib.

“Ukrayna üçün nə etmək olar, Moldova üçün nə etmək olar. Biz ölkələrimiz arasında münasibətləri necə gücləndirmək barədə danışacağıq ki, bütün problemlər sülh yolu ilə çözülsün. Biz kibertəhlükəsizliyi müzakirə edəcəyik, çünki bu, bir çox ölkə üçün prlblemdir”, – Sandu deyib.

O vurğulayıb ki, Moldova enerji resurslarının maya dəyərini azaltmaq üçün enerji sektoruna investisiyaların cəlb edilməsində maraqlıdır və hakimiyyət büdcə vəsaitlərini əhali üçün kommunal tariflərin kompensasiyasına deyil, digər ehtiyaclara xərcləyə biləcək.

İstinadlar Report