
Avropa Prokurorluğu Yaroslav Nadın müdafiə naziri olduğu dövrdə Slovakiyanın Ukraynaya hərbi texnika verməsi faktı üzrə araşdırmaya başlayıb.
Bu barədə Slovakiya parlamentinin deputatı Zuzana Plevikova sosial şəbəkədə yazıb.
“Avropa Prokurorluğu Yaroslav Nadın Slovakiyanın müdafiə naziri işlədiyi dövrdə Ukraynaya hərbi materialların verilməsi ilə bağlı araşdırmaya başlayıb. Araşdırma Avropa İttifaqının maliyyə maraqlarına ziyan vurulması da daxil olmaqla, cinayət əməllərinin törədilməsi şübhəsi əsasında aparılır”, – o qeyd edib.
Deputat bildirib ki, Avropa Prokurorluğu əvvəllər Ukraynaya hərbi texnikanın verilməsi prosesini təhlil edən Slovakiyanın Ali Nəzarət İdarəsinin nəticələrinə əsaslanır.