Niderlandda dövlət qulluqçuları və müəllimlər üçün Avropanın ən böyük pensiya fondu olan “Stichting Pensioenfonds ABP” “yaşıl” investisiya siyasətinin bir hissəsi olaraq, neft-qaz sektorunda və kömür sənayesindəki təxminən 10 milyard avro dəyərində bütün likvid aktivlərini satıb.

Bu barədə “Bloomberg” yazıb.

ABP-nin müşahidə şurasının sədri Harmen van Veynen bildirib ki, fond 2023-cü ilin birinci rübündə qalıq yanacaqla bağlı son səhmlərini, istiqrazlarını və neft fyuçerslərini satıb. Belə ki, fond 2021-ci ildə 15 milyard avroluq riskinin böyük hissəsini geri götürmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib.

Bununla belə, ABP-nin portfelinin təxminən 4,8 milyard avrosu neft və qaz aktivlərinə qeyri-likvid investisiyalarda, qeyri-ictimai şirkətlərdə, özəl kapital fondlarında və hedcinq fondlarında qalır.

İstinadlar Report