Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticəsi açıqlanıb.

Ilkin qiymətləndirmələrə görə, ilk pillədə Avropa Xalq Partiyası yer alıb.

Sözügedən partiyanın 720 yerdən 181-ni qazandığı bildirilir. 

İkinci pillədə isə 135 mandatla Sosialistlər və Demokratların Proqressiv Alyansı yer alıb.

Qeyd edək ki, Avropa Parlamentinə seçkilər iyunun 6-dan 9-na qədər keçirilib. Bu, Avropa Parlamentinə keçirilən 10-cu belə seçki olub.

İstinadlar Qafqazinfo