Əfqanıstan və ona qonşu olan ölkələrin təcili humantar dəstəyə ehtiyacı var.

Bunu Avropa Parlamentinin Əfqanıstanla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Petras Auştravicius bildirib.

Onun sözlərinə görə, Əfqanıstan, eləcə də qonşu Pakistan, İran və Tacikistan əhalisinin əsas ehtiyaclarını ödəmək üçün dəstək lazımdır.

“Əfqanıstan humanitar, siyasi və iqtisadi fəlakətin astanasındadır. Ərzaq çatışmazlığı və yaxınlaşan qış səbəbindən əhalinin əsas ehtiyaclarını təmin etmək vacibdir”, – Petras Auştravicius vurğulayıb.

O əlavə edib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Əfqanıstan xalqına bir milyard avro məbləğində dəstək verəcəyini vəd etdiyi məbləğ humanitar vəziyyətin həlli üçün son dərəcə vacibdir.

İstinadlar Report