Avropa Parlamentinin Hüquq Məsələləri Komitəsi (JURI) korrupsiyada şübhəli bilinən iki deputatın – belçikalı Mark Tarabella və italiyalı Andrea Koççolinonun toxunulmazlığının ləğv edilməsini dəstəkləyib.

Bu barədə Fransa parlamentinin deputatı Manon Obri tviter səhifəsində bildirib.

“Hüquq Məsələləri Komitəsi toxunulmazlığın ləğv edilməsi ilə bağlı məruzələrimi yekdilliklə təsdiqləyib”, – o qeyd edib.

Bu deputatların toxunulmazlığı ilə bağlı yekun qərarın fevralın 2-də Avropa Parlamentinin plenar iclasında veriləcəyi gözlənilir.

İstinadlar Report