Avropa Parlamenti Avropa İttifaqını Əfqanıstandakı vəziyyətlə əlaqədar yeni miqrant böhranına hazırlaşmağa çağırıb.

Bu barədə parlamentin Strasburqda keçirilən plenar iclasın sonunda qəbul edilən qətnamədə deyilir.

“Əksər miqrantlar qorunmaq üçün qonşu ölkələrə gedəcəklər. Avropa İttifaqı qaçqınları qəbul edən ölkələrə BMT-nin müvafiq qurumları və yerlərdə çalışan humanitar təşkilatlar vasitəsilə əlavə yardım göstərməyi planlaşdırmalıdır”, – qətnamədə deyilir.

İstinadlar Report