Avropa Parlamenti (AP) Belarus hakimiyyətinə qarşı yeni sanksiyalar və yanvarın 26-da keçiriləcək prezident seçkilərinin nəticələrinin tanınmaması barədə Avropa İttifaqına (Aİ) çağırışı nəzərdə tutan qətnamə qəbul edib.

Bu barədə Avropa Parlamentinin saytında bildirilib.

Parlament Aİ-ni, üzv dövlətləri və beynəlxalq ictimaiyyəti səsvermədən sonra Aleksandr Lukaşenkonun prezident kimi legitimliyini tanımamağa çağırıb.