
Avropa Parlamenti Brüsseldə keçirilən kiçik sessiyasında Aİ-nin bütün miqrasiya standartlarının sərtləşdirilməsini ehtiva edən Miqrasiya və Sığınacaq üzrə Paktına səs verib.
2015-ci ildən bəri görülən bu geniş islahatlar toplusu miqrantların sərhədlərdə filtrasiyası prinsiplərini təqdim edir, onların cəmiyyətdən kənarda deportasiya qaydalarını sadələşdirir, həmçinin ölkələrə kvota əsaslı miqrantları qəbul etməmək üçün Aİ büdcəsinə rüsum ödəməyə imkan verir.