
Avropa Parlamentinin üzvləri Avropa İttifaqı Şurasına cinsi, reproduktiv sağlamlıq, təhlükəsiz və qanuni abort hüququnu Aİ-nin Əsas Hüquqlar Xartiyasına əlavə etməyə çağıran qətnaməni dəstəkləyiblər.
Qətnaməni 336 deputat dəstəkləyib, 163 deputat isə əleyhinə çıxıb.
Sənəd Aİ-yə üzv dövlətləri – ilk növbədə Polşa və Maltanı abortu tamamilə dekriminallaşdırmağa və abort qarşısındakı maneələri aradan qaldırmağa və onlarla mübarizə aparmağa çağırır.