İlin sonuna kimi Avropa İttifaqı Kiyevə silah tədarükü üçün Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Parisə 300 milyon avro ayıracaq.

Bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“Avropa Komissiyası bu il Ukrayna üçün sursat, artilleriya və hava hücumundan müdafiə vasitələrinin təcili alınması üçün Fransa Baş Silahlar İdarəsinə 300 milyon avro göndərəcək”, – kommünikedə deyilir.

Ümumilikdə, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən təxminən 1,4 milyard avro gəlir Ukraynaya silah alınması üçün Aİ-yə ayrılacaq.

İstinadlar Report