Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş sədri Qrayr Tovmasyanın və məhkəmənin üç keçmiş hakiminin şikayətini qəbul etməyib.

Bu barədə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin ofisindən məlumat verilib.

Məhkəmə hüquqşunasların şikayətini qəbuledilməz elan edib: “AİHM-in qərarı qətidir və ondan şikayət verilə bilməz”.

Hüquqşunaslar 2020-ci ildə Avropa İnsan Hüquqları Konvensiyasının bir neçə maddəsi üzrə hüquqlarının pozulması iddiası ilə məhkəməyə müraciət ediblər. Söhbət ədalətli məhkəmə istintaqı, mülkiyyət, şəxsi və ailə həyatına hörmət hüquqlarından, ayrı-seçkiliyə qadağadan gedirdi. İddiaçılar öz ölkələrində bu qərarla bağlı şikayət vermək imkanından məhrum olduqlarını və bu qərarın özbaşına olduğunu qeyd ediblər.

İstinadlar Report