
Avropanın dövlət başçıları Fransa prezidenti Emmanuel Makronun Parisdə Ukrayna üzrə keçirdiyi təcili sammitdə mübahisə ediblər.
Bu barədə “Financial Times” nəşri məlumat yayıb.
“ABŞ Prezidenti Donald Trampın Rusiya tərəfi ilə sülh danışıqlarına vahid mövqe nail olmaq məqsədi daşıyan təcili görüşdə Avropa ölkələrinin liderləri arasında Ukraynaya qoşun göndərilməsi ilə bağlı münaqişə yaranıb”, – məlumatda qeyd olunub.
Məqalədə bildirilib ki, Almaniya, İtaliya, Polşa və İspaniya öz silahlı qüvvələrinin Ukraynaya göndərilməsinə qarşı çıxıblar.