Avropa liderləri ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqından (Aİ) olan mallara rüsumları artırmaq təhdidi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas deyib.

Ali nümayəndənin sözlərinə görə, onlar bunun Atlantikanın hər iki tərəfində iqtisadi zərərə səbəb olacaq ticarət müharibəsinə gətirib çıxara biləcəyini bildiriblər.

K.Kallas qeyd edib ki, əgər ABŞ və Avropa ticarət müharibəsinə başlasalar, “Çin gülümsəyəcək”.

İstinadlar Report