“Avropa İttifaqı (Aİ) hücum halında regional birliyin üzvü olan ölkələrin müdafiəsi üçün çevik reaksiya qüvvələri yaratmaq niyyətindədir”.

Bu barədə Yunanıstanın “Ekathimerini” nəşrinə müsahibəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski danışıb.

O qeyd edib ki, Aİ-nin vahid ordusunun yaradılması ilə bağlı müzakirələr lüzumsuz çaşqınlığa gətirib çıxarır. Bu təşəbbüs ayrı-ayrı dövlətlərin qoşunlarının birləşməsini nəzərdə tutur və belə bir inkişaf ehtimalı azdır.

“Lakin biz Avropanın hərbi potensialının – çevik reaksiya qüvvələrinin formalaşdırılması prosesindəyik. Mən onları “Avropa legionu” adlandırıram”, – deyə Sikorski əlavə edib.

Nazir, Avropada yeni hərbi strukturun yaradılması zərurətinin ABŞ və Çin arasındakı qarşıdurma ilə bağlı yarandığını izah edib.

İstinadlar Report