Avropa Komissiyasının (AK) sədri Jan-Klod Yunker səhhətindəki problemlərə görə Fransanın Biarrits şəhərində keçiriləcək “Böyük yeddilik” (G7) sammitində iştirak edə bilməyəcək.

Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Nataşa Berto məlumat verib.

Onun sözlərinə görə, AK sədri xəstəxanaya yerləşdirildiyindən və öd kisəsindən əməliyyat olunduğundan sammitə qatılması imkansızdır. “Sədr yaxın vaxtlarda Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının prezidenti Donald Tuska bu barədə məlumat verəcək”, – deyə AK nümayəndəsi qeyd edib.

Qeyd edək ki, avqustun 17-də AK-dan Yunkerin öd kisəsinin götürülməsi üzrə əməliyyat keçirilməsi üçün Avstriyadakı tətilini təcili qaydada yarımçıq qoyduğu bildirilib.

İstinadlar Report