Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen fevralın 11-də Parisdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens ilə görüşəcək.

Bu barədə AK-nın nümayəndəsi Stefan Keermaker məlumat verib.

Bu, AK sədrinin ABŞ Prezidenti Donald Tramp administrasiyasından olan yüksək vəzifəli amerikalı siyasətçi ilə ilk görüşüdür.

Daha əvvəl “Bloomberg” agentliyi xəbər vermişdi ki, Avropa Komissiyası fon der Lyayenin Trampla görüşünü hələ onun andiçmə mərasimindən əvvəl təşkil etməyə çalışıb. O, prezidentin andiçmə mərasiminə dəvət edilməyib. Ötən gün AK sədri “artan qeyri-müəyyənlik şəraitində” ABŞ ilə konstruktiv dialoqa hazır olduğunu bəyan edib.

İstinadlar Report