
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Yens Stoltenberqin gedişindən sonra NATO-ya rəhbərlik edə bilər.
Stoltenberqin səlahiyyət müddəti 2023-cü ilin sentyabrında başa çatır. O, doqquz ildir ki, alyansa rəhbərlik edir.
“Diplomatik mənbə bildirib ki, NATO üzvü olan bir sıra ölkələr ona (Ursula fon der Leyen. – Red) bu ilin oktyabrında alyansın idarəçiliyini təhvil almağı təklif ediblər”, – nəşr yazıb.
Bununla belə, Böyük Britaniya fon der Leyenin Almaniya silahlı qüvvələrinin başında olan zəif göstəricilərini əsas gətirərək onun namizədliyinə veto qoya bilər.