Avropa Komissiyası Yaxın Şərq, Şimali Afrika və Körfəz üzrə yeni Baş İdarə yaradıb.
Bu barədə Avrokomissiyanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, AK Prezident Ursula fon der Lyayenin Aİ-nin daha geniş qonşuluğuna, xüsusilə də Aralıq dənizi regionuna fokuslanmış yanaşma çağırışından sonra belə bir addım atıb.