
Serbiya Prezidenti Aleksandar Vuçiçin Moskvaya səfəri ölkənin Avropa İttifaqına (Aİ) daxil olması yolunda mənfi nəticələr verə bilər.
Bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının (AK) nümayəndəsi Qiyom Mersye bildirib.
“Onun Moskvadakı tədbirdə iştirakı islahat müzakirələrinə aparan yola və danışıqlarda növbəti addımlara təsir göstərəcək”, – onun sözləri AK-nın audiovizual xidmətinin saytında qeyd olunub.