
Avropa Komissiyası Ukraynaya 1 milyard avro məbləğində təcili makromaliyyə yardımının birinci hissəsinin ayrılmasını təklif edib.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə bildirib.
“Bu gün biz Ukraynaya 1 milyard avro ayırmağı təklif edirik. Makromaliyyə yardımının birinci hissəsi may ayında elan edilib. Bu, ölkənin təcili ehtiyaclarını ödəməyə kömək edəcək”, – Avropa Komissiyasının rəhbəri deyib.
O, qeyd edib ki, Avropa İttifaqı Ukraynaya yardımı davam etdirəcək və uzunmüddətli perspektivdə onun bərpasına dəstək verəcək.