Avropa Komissiyası Ukraynanın müharibədən sonra bərpası planını təsdiqləyib. Avropa İttifaqı Ukraynaya 9 milyard avro makromaliyyə yardımı ayıracaq.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Qeyd olunur ki, plan müharibədən sonra Yenidənqurma üzrə Milli Şura tərəfindən hazırlanıb. Avropa İttifaqı da məhz bu sənəd əsasında addımlar atacaq. Hökumət başçısının sözlərinə görə, prosesin “sahibi” Ukrayna olacaq. Maksimum şəffaflıq və səmərəlilik üçün avropalı tərəfdaşların cəlb edilməsi planlaşdırılır.

Bərpa planı dörd əsas prinsipdən ibarətdir: bütün infrastrukturun ən son standartlara və Avropa siyasətinə uyğun bərpası; Ukrayna dövlətinin və qurumlarının modernləşdirilməsi; Ukraynanın bütün sferalarda və istiqamətlərdə Aİ ilə maksimum inteqrasiyası; iqtisadi transformasiya, o cümlədən Ukrayna biznesi üçün yeni imkanlar.

İstinadlar Report