Avropa Komissiyası (AK) sahibləri sanksiyalara məruz qalan Rusiya aktivlərinin müsadirəsini sadələşdirmək niyyətindədir. Bu proses Avropanın Rusiyaya qarşı sanksiyalarının icrasını sürətləndirmək üçün nəzərdə tutulub.

Bu barədə “Welt” yazıb.

Bildirilir ki, Brüssel Ukraynadakı müharibədə “əli olan” rusiyalı və belaruslu oliqarxlara və siyasətçilərə qarşı işi aktivləşdirməyə çalışır.

“Avropa Komissiyası yaxın vaxtlarda milli orqanların cinayət gəlirlərini izləmək, dondurmaq, müsadirə etmək və idarə etmək səlahiyyətlərini gücləndirmək məqsədilə aktivlərin müsadirəsi və qaytarılması üzrə mövcud hüquqi bazanın modernləşdirilməsinə dair təklif təqdim edəcək”, – AK vitse-prezidenti Marqaritis Şinas deyib.

İstinadlar Report