Brüssel Pekinin Çin istehsalı olan idxal elektromobillərin satışı üçün 30 min avro minimum qiymət təyin etmək təklifini rədd edib.

Məlumata görə, Avropa Komissiyası bu cür kompromisi qəbul etməyib, çünki bu, Çinin bu sahədə dövlət subsidiyalarının yol açdığı bazar təhrifləri problemini həll etmir.

Avropa tərəfi danışıqlar davam etdikcə digər qiymət öhdəliklərini, o cümlədən minimum qiymətləri və idxal kvotalarını nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb.Həllərdən biri hər avtomobil istehsalçısı və hər elektromobil növü üçün ölçüsündən və model sırasından asılı olaraq fərdi hesablanmış minimum qiymət ola bilər.

Danışıqların digər təfərrüatları açıqlanmayıb.

İstinadlar Report