Avropa Komissiyası koronavirus pandemiyasının başlanğıcından bəri ilk dəfə olaraq Avropa İttifaqı (Aİ) ölkələrinə giriş məhdudiyyətlərini yumşaltmağı, Avropa Dərman Agentliyi (EMA) və ya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş peyvəndlərlə aşılanmış xarici turistlərin Aİ-yə girişinə icazə verilməsini tövsiyə edib.

Bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Bununla yanaşı, sərhədləri keçmə proseduru Aİ-yə üzv ölkələrin özləri tərəfindən müstəqil olaraq müəyyən ediləcək. Avropa Komissiyası bu sahədə yalnız tövsiyələr verə bilər.

İstinadlar Report