Avropa Komissiyası ABŞ-ın internet nəhəngi “Amazon”a qarşı rəsmən antiinhisarçı araşdırmaya başlayıb. Araşdırma zamanı onun ticarət platforması və riteyler kimi funksiyaları birləşdirməsi araşdırılacaq və şirkətin müstəqil riteylerlərin məlumatlarından istifadə etməklə Avropa İttifaqının rəqabət qaydalarını pozub-pozmadığı qiymətləndiriləcək.

Bu barədə Avropa Komissiyasının məlumatında deyilir.

“Amazon öz platformasını müstəqil satıcılara təqdim edərək həmişə platformasındakı fəaliyyət məlumatlarını toplayır. İlkin məlumatlara əsasən, Avropa Komissiyası hesab edir ki, “Amazon”, deyəsən, rəqabətə təsir göstərə biləcək məlumatlardan – satıcılar, onların məhsulları və platforma çərçivəsindəki sövdələşmələr barədə məlumatlardan istifadə edir”, – məlumatda deyilir.

Rəqabət üzrə Avrokomissar Marqret Vestaqer məsələyə şərh verərkən bildirib ki, avropalı istehlakçılar getdikcə onlayn ticarətə daha çox üstünlük verir və nəticədə vətəndaşların daha çox seçim və daha yaxşı qiymətlər əldə ediblər: “Böyük onlayn platformaların anti-rəqabət davranışları ilə bu üstünlükləri aradan qaldırmamalarını təmin etməliyik”.

İstinadlar Report