Avropa İttifaqının antiinhisar siyasətinə nəzarət edən Avropa Komissiyası Almaniya ilə enerji dəstəyi paketi ilə bağlı danışıqlar aparır.

Bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, 200 milyard avro dəyərində olan “Təhlükəsizlik Sipəri” qaz qiymətlərinin azaldılması və yanacağa satış vergisinin azaldılması daxil olmaqla, şirkətləri və ev təsərrüfatlarını enerji qiymətlərində kəskin artımın təsirindən qorumaq üçün nəzərdə tutulub.

İstinadlar Report