Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısında İranla imzalanmış nüvə razılaşmasına dair məsələ müzakirə ediləcək.

Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant da iclasda iştirak etmək üçün Brüsselə səfər edib.

Qeyd edək ki, Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri iyulun 14-də məsələyə dair birgə açıqlama yayıblar: “İranla imzalanan nüvə razılaşmasını dəstəkləməkdə davam edirik. İranı bu yaxınlarda aldığı qərardan imtina etməyə çağırırıq. Bizim dəstəyimiz İranın razılaşmaya əməl etməsindən asılıdır”.

Xatırladaq ki, İran rəsmiləri uranı 3,67 faizdən artıq zənginşləşdirməyə başladıqlarını bildirmişdi.

İstinadlar Report