Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın milli təbii qaz nəqli sisteminin operatorları mavi yanacağın inteqrasiya olunmuş qaz kəmərləri şəbəkəsi vasitəsilə çatdırılması təklifi ilə çıxış ediblər.

Müvafiq bəyanatı Rumıniyanın Transgaz şirkəti yayıb.

“Bulgartransgaz, Transgaz, FGSZ və Eustream mövcud şəbəkələri vasitəsilə əlavə həcmdə təbii qaz nəql etməklə Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığı genişləndirmək üçün birgə işləməyi təklif edirlər”- bəyanatda vurğulanıb.

İstinadlar Report