Avropa İttifaqı demokratiyaya keçid olan kimi Belarusa qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcək və bu ölkəyə 3 milyard avroluq iqtisadi dəstək planını işə salacaq.

Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell bəyan edib.

Borrel xatırladıb ki, Aİ müttəfiqləri ilə birlikdə müxalifətə təzyiq göstərmək, eləcə də sərhəddə qaçqın böhranını təşkil etmək, “Ryanair” təyyarəsinin məcburi enişi və Rusiyanın Ukraynadakı hərbi əməliyyatında iştirakına görə Belarusun hüquqi və fiziki şəxslərinə qarşı altı sanksiya paketi tətbiq edib.

İstinadlar Report