Avropa İttifaqında miqyaslı kiberhücumlara cavab olaraq sanksiyaların tətbiqinə imkan verən xüsusi mexanizm hazırlanıb. Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir.

“17 may 2019-cu ildə Şura tərəfindən Avropa İttifaqı və ya onun üzv ölkələri üçün xarici təhlükə törədən kiberhücumların qarşısını almaq və cavab vermək üçün məhdudlaşdırıcı tədbirlər görməyə imkan verən mexanizm yaradılıb”, – sənəddə qeyd olunur.

Bəyanatda xüsusilə vurğulanır ki, söhbət üçüncü ölkələrə və ya beynəlxalq təşkilatlara haker hücumlarından gedir.

Şura qeyd edir ki, sanksiyalar altına Aİ-yə ciddi təsir göstərən kiberhücumlar düşə bilər.

Sanksiyalar Aİ-yə daxil olmayan ölkələrdən və ya onun hüdudlarından kənarda yerləşən infrastrukturla, eləcə də təşkilata üzv olmayan ölkələrdə fəaliyyət göstərən şəxs və ya təşkilatların köməyi ilə həyata keçirilən kiberhücumlara şamil ediləcək.

Bildirilir ki, sanksiyalar təkcə həyata keçirilən kiberhücumlara deyil, eyni zamanda onları etmək üçün edilən cəhdlərə şamil olunacaq.

Oxumağa dəyər:   Rusiya Suriyadakı sınaqlardan sonra 12 silahın istehsalını dayandırıb

Aİ kiberhücumlara görə məsuliyyət daşıyan və ya onları etmək istəyən şəxslərə, məsələn, onları maliyyələşdirən və ya texniki dəstək göstərənlərə qarşı sanksiyalar tətbiq edə bilər.

Məhdudlaşdırıcı tədbirlərə Aİ-yə girişə qadağa, eləcə də sanksiya altına düşmüş maliyyə vəsaitlərinin dondurulması daxildir.

Nizam Nuriyev

İstinadlar ict news