Avropa İttifaqı Şurasının (European Council) sədri Şarl Mişel birlik ölkələrində COVID-19 virusu ilə bağlı vahid test, o cümlədən yoluxanları tez ayırd edəcək sürətli test tətbiqinə dair təklif verib.

Fransanın RTL radiosuna müsahibə verən şura sədri mövcud məlumatlara əsasən, bu ilin sonundan, yaxud gələn ili əvvəllərindən 3 və ya 4 peyvəndin kütləvi istifadəyə çıxarılacağını bildirib.

Onun fikrincə, Avropa İttifaqının daxili sərhədlərini bağlamaqla koronavirusun ikinci dalğasının qarşısını almaq mümkün olmaz: “Virusun ikinci güclü dalğası ilə üzbəüz qalsaq da bu virusun özü barədə hələ çox şeyi bilmirik, müəmmalar qalır”.

İstinadlar Report