“Avropa İttifaqına üzv ölkələr heç vaxt öz hərbi qüvvələrini münaqişədə iştirak etmək üçün Ukraynaya göndərmək imkanını nəzərdən keçirməyiblər və bu barədə düşünmürlər”.

Bunu “El Pais” qəzetinə müsahibəsində Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel bəyan edib.

Kiyevə hərbi təyyarə göndərməyə dəyərmi sualını cavablandıran diplomat belə deyib:

“Hesab edirəm ki, biz Ukraynaya hər cür kömək etməliyik və qeyri-döyüş statusumuzu qorumalıyıq. Ordu göndərsəydik, döyüşən tərəf olardıq – bu, qətiliklə gündəmdə olmayan, heç vaxt da olmayacaq bir şeydir. Eyni zamanda qırıcı təyyarələrin də Kiyevə təhvil verilməsi gündəmdə deyil”.

Borel vəd edilən Qərb tanklarının Ukraynaya nə vaxt veriləcəyini dəqiqləşdirməyib.

İstinadlar Report