“Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi yardımın ümumu məbləğini 2 milyard avroya qaldıracaq”.

Bunu Avropa İttifaqının təhlükəsizlik və xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrel “Böyük-7”-liyin (“G-7”) xarici işlər nazirlərinin toplantısından əvvəl jurnalistlərə açıqlamasında bildirib.

“Avropa İttifaqı Ukrayna ordusunu dəstəkləmək üçün 500 milyon avroluq yeni yardım paketi ayıracaq. Bununla da Ukraynaya yardımın həcmi 2 milyard avroya yüksələcək”, – o qeyd edib.

J.Borrel deyib ki, 500 milyon avroluq dəstək ağır silahların alınmasına xəclənəcək: “Ukraynanı zirehli texnika, tank, top, sursatlar kimi hərbi avadanlıqla təmin edəcəyik”.

Aİ rəsmisi vurğulayıb ki, iqtisadi sanksiyalarla Rusiyaya daha çox təzyiq göstəriləcək: “G7″nin toplantısında Rusiyanın beynəlxalq arenada təcrid olunması, enerji və ərzaq qiymətləri, dezinformasiya kimi mövzular müzakirə ediləcək”.

İstinadlar Report