Avropa İttifaqı (AI) Ukraynanın 30 min hərbçisinə təlim keçəcək.

Bunu Avropa İttifaqının Təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Jozep Borrel Ukraynanın paytaxtı Kiyevdə bildirib.

O, Ukraynanın Baş naziri Denis Şmıqala Ai-nin əlavə olaraq daha 15 min ukraynalıya hərbi təlim keçəcəyi xəbərini verməkdən məmnun olduğunu tviter səhifəsində qeyd edib: “Bununla da Avropa İttifaqının təlim keçəcəyi ukraynalı hərbçilərin sayı 30 minə çatacaq”.

Ali komissar ərazilərin minalardan təmizlənməsini dəstəkləmək üçün qurumun Ukraynaya 25 milyon avro verəcəyini vurğulayıb.

İstinadlar Report