Avropa İttifaqı Suriyanın iqtisadi bərpasını dəstəkləmək istəyir.
Bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Ankarada Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə keçirilən mətbuat konfransında deyib.
“Avropa İttifaqı və Türkiyə arasında ikitərəfli əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə etdik. Bizim xarici siyasətimizdə də bir çox ortaq məsələlər var. Biz Suriyadakı vəziyyəti də müzakirə etdik. Əsəd rejimininn devrilməsi bir ümid doğursa da, ciddi təhdidlər də mövcuddur”, – o əlavə edib.
K.Kallas vurğulayıb ki, Suriya xalqının ölkəni hərtərəfli təmsil edən bir hökumətə ehtiyacı var: