“Şimali Koreya Yaponiya üzərindən ballistik raket atmaqla regionda təhlükəsizliyi təhdid edir”.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

O bildirib ki, Aİ bu cəhdi pisləyir: “Bu əsassız təcavüz və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”.

Ş.Mişel Avropa İttifaqının Yaponiya və Cənubi Koreya ilə həmrəy olduğunu vurğulayıb.

İstinadlar Report